UEFA Superkubokunun qalibi müəyyənləşdi
- 2022-08-11
Dünən UEFA Superkuboku uğrunda oyun keçirilib.
Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın "Real" və Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları qarşılaşlb. Oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Real" Çempionlar Liqasının, "Aytraxt" isə Avropa Liqasının son qalibidir.
10 avqust
UEFA Superkuboku
23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:0
Qollar: Alaba, 37, Benzema, 65
Baş hakim: Maykl Oliver
Helsinki Olimpiya Stadionu