"Yuventus"da ciddi itki
Avropa liqaları

"Yuventus"da ciddi itki

  • 2022-08-10

"Yuventus"un futbolçusu Voyçex Şçensni sıradan çıxıb.

Klubun saytına istinadən, 32 yaşlı qapıçının bud əzələsi zədələnib. O, bu səbəbdən təxminən 3 həftə meydana çıxa bilməyəcək.

Beləliklə, qolkiper A Seriyasının yeni mövsümünün ilk turlarında komandasına kömək edə bilməyəcək. 

Qeyd edək ki, Voyçex 2017-ci ildən "Yuventus"da oynayır. O, "Arsenal", "Brentford", "Roma" kimi komandalarda da çıxış edib.