"Ronaldo komandanın digər oyunçuları səviyyəsində deyil"
Avropa liqaları

"Ronaldo komandanın digər oyunçuları səviyyəsində deyil"

  • 2022-08-01

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın futbolçusu Kriştiano Ronaldonun hazırlığı və forması haqda danışıb.

"Sky Sports"a istinadən, o, portuqaliyalı hücumçu deyib: "İndi onun nə qədər hazır olduğunu deyə bilmərəm. O, çox vaxt buraxdığı üçün "Mançester Yunayted"in digər oyunçuları səviyyəsində deyil. Onun çox sayda oyunlara və məşqlərə ehtiyacı var".

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"in mövsümöncəsi Tayland və Avstraliya turunu buraxıb.