"Trabzonspor" mövsümə titulla başladı
Avropa liqaları

"Trabzonspor" mövsümə titulla başladı

  • 2022-07-31

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Həlledici oyunda Superliqanın sonuncu qalibi "Trabzonspor"la Türkiyə kubokunu qazanmış "Sivasspor" üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.

Beləliklə, "Trabzonspor" tarixində üçüncü dəfə Superkubokun qalibi olub. Trabzonlular 2010 və 2021-ci illərdə də bu uğura imza atmışdı.