"Liverpul" Superkubok oyununa ciddi itkilərlə çıxacaq
Avropa liqaları

"Liverpul" Superkubok oyununa ciddi itkilərlə çıxacaq

  • 2022-07-29

"Liverpul"un futbolçuları Alisson Beker və Dioqo Yota zədə səbəbindən İngiltərə Superkubokunda "Mançester Siti" ilə oyunu buraxacaqlar.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Alisson ötən gün komanda ilə məşqlərə qatılıb. Lakin 29 yaşlı qolkiper oynamağa hazır deyil.

Hücumçu 25 yaşlı hücumçu Dioqo Yota da əzələ zədəsi səbəbindən "Mançester Siti" ilə görüşdə meydanda olmayacaq. 

Qeyd edək ki. "Liverpul"la "Mançester Siti" arasındakı matç iyulun 30-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.