De Yonqa "Barselona"dan ultimatum
- 2022-07-28
"Barselona" futbolçusu Frenkie de Yonqa ultimatum verib.
"Mundo Deportivo"ya istinadən, niderlandlı yarımmüdafiəçi ya maaş azaldılmasını qəbul etməlidir, ya da klubu tərk etməlidir.
Bundan əvvəl Kataloniya klubunun baş məşqçisi Xavi Hernandez de Yonqdan maaşının 50 faiz azaldılmasına razı olmasını istəsə də, nə futbolçu, nə də onun meneceri bunu qəbul edib.
"Mançester Yunayted" uzun müdddətdir de Yonqla maraqlanır. Amma futbolçu hesab edir ki, "Barselona"dan "qırmızı şeytanlar"a keçsə, karyerasında geriyə addım atmış olacaq.
Qeyd edək ki, de Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Yarımmüdafiəçi ötən mövsüm La Liqada 32 oyunda 3 qol vurub və 3 qolun ötürməsini verib.