Spaletti futbolçunu məşqdən qovdu
Avropa liqaları

Spaletti futbolçunu məşqdən qovdu

  • 2022-07-26

"Napoli"nin baş məşqçisi Luçano Spaletti hücumçu Viktor Osimheni məşqdən qovub.

İtaliya mətbuatına istinadən, buna səbəb nigeriyalı forvardın müdafiəçi Leo Ostiqardla sərt şəkildə mübahisə etməsi olub.

Norveçli müdafiəçi azarkeşlər üçün açıq keçirilən məşq zamanı Osimhenə qarşı kobud oynayıb. Bundan sonra tərəflər arasında qalmaqal yaranıb. Spaletti hücumçunun sakitləşmədiyini görüb və onu məşqdən qovub.