"PSJ" növbəti yoxlama oyununa çıxıb
Avropa liqaları

"PSJ" növbəti yoxlama oyununa çıxıb

  • 2022-07-26

Yeni mövsümə hazırlıqlarını Yaponiyada davam etdirən "PSJ" yoxlama oyunu keçirib.

Paris təmsilçisi yerli "Qamba Osaka" ilə qarşılaşıb. Görüş "PSJ"nin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

"Qamba Osaka" - "PSJ" - 2:6


Qollar
: K.Kurokava, 34, H.Yamami, 70 – P.Sarabiya, 28, Neymar, 31, 60, N.Mendeş, 37, L.Messi, 40, K.Mbappe, 88