Poqba zədələndi
Avropa liqaları

Poqba zədələndi

  • 2022-07-25

"Yuventus"un yeni transferi Pol Poqba zədələnib. 

29 yaşlı yarımmüdafiəçi komandanın Los-Ancelesdəki məşqi zamanı sıradan çıxıb. O, meydanı axsayaraq tərk edib. 

Qeyd edək ki, Poqba iyulun 11-də "Yuventus"la 4 illik müqavilə imzalayıb. O, 2012-2016-cı illərdə də "Yuventus"da oynayıb.