"Barselona" "Real"ı məğlub etdi
Avropa liqaları

"Barselona" "Real"ı məğlub etdi

  • 2022-07-24

İspaniyanın "Barselona" və "Real" klubları yoxlama oyununda üz-üzə gəliblər.

ABŞ-ın Las Veqas şəhərindəki "Allegiant" stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.

Qeyd edək ki, "Barselona" La Liqanın 1-ci turunda avqustun 13-də "Rayo Valyekano"nu qəbul edəcək. Madrid klubu isə bir gün sonra "Almeriya"nın qonağı olacaq.