Avropa liqaları

"Mançester Yunayted"in növbəti qələbəsi - Video

  • 2022-07-20

"Mançester Yunayted" mövsümöncəsi hazırlığa uğurlu başlayıb.

Yeni baş məşqçi Erik ten Haqın rəhbərliyi altında keçirilən üç yoldaşlıq görüşündə "qırmızı şeytanlar" qələbə qazanıb və   ümumi 11:2 hesabı ilə qalib gəlib. "Mançester Yunayted" "Liverpul" (4:0), "Melburn Viktori"ni (4:1),  dünən isə "Kristal Pelas"ı məğlub (3:1) edib.

Hücumçu Entoni Marsyal hər üç yoldaşlıq oyununda qol vurub.

Qeyd edək ki, hücumçu Kriştiano Ronaldo isirahətdən sonra hələ də "Mançester Yunayted"ə qayıtmayıb. Onun klubunu dəyişmək istədiyi bildirilir.