Ançelotti Hazarddan razı qaldı
Avropa liqaları

Ançelotti Hazarddan razı qaldı

  • 2022-07-15

"Real"ın futbolçusu Eden Hazard mövsümöncəsi ilk məşqdə yaxşı təsir bağışlayıb.

"Marca"ya istinadən, belçikalı yarımmüdafiəçi heyətə yüksək formada qayıdıb. Bildirilib ki, bu onun bəlkə də Madrid təmsilçisindəki ən yaxşı halıdır.

Madrid klubunun baş məşqçisi Karlo Ançelottinin Hazardın məşqdəki işindən razı qaldığı bildirilib.

Qeyd edək ki, 31 yaşlı oyunçu ötən mövsüm La Liqada 18 oyun keçirib və 1 qolun ötürməsini verib.