"Bavariya"da ötən mövsümün ən yaxşısı
Avropa liqaları

"Bavariya"da ötən mövsümün ən yaxşısı

  • 2022-06-29

"Bavariya"da ötən mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azarkeşlər arasında keçirilən səsvermədə 33 yaşlı hücumçu Tomas Müller ötən mövsümün ən yaxşısı seçilib. Camal Musiala 2-ci, Robert Levandovski isə 3-cü olub.

Qeyd edək ki, Tomas Müller ötən mövsüm 45 matçda 13 qol vurub və 25 qolun ötürməsini verib.