Xavi Dembele üçün tətilini dayandırdı
- 2022-06-28
"Barselona"nın baş məşqçisi Xavi Ernandes futbolçusu Usman Dembelenin klubda qalmasına görə fəallıq göstərir.
Bu barədə "Diario Sport" məlumat yayıb. Xavi Dembelnin meneceri və klub nümayəndələrini görüşdürmək üçün tətilini yarımçıq qoyub.
42 yaşlı mütəxəssis Dembeleni "Barselona"nın təklif etdiyi yeni müqavilənin şərtlərini qəbul etməyə inandırmaq istəyir. Bildirilib ki, Usman "Barselona" ilə müqaviləni digər klubların təklif etdiyindən daha sərfəli olmayan şərtlərlə uzatmağa hazırdır. Lakin Kataloniya təmsilçisinin son təklifi onu qane etmir.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə hazırkı müqaviləsi iyunun sonuna qədərdir.