Mane bu nömrəli formanı seçdi
Avropa liqaları

Mane bu nömrəli formanı seçdi

  • 2022-06-27

"Bavariya"nın yeni hücumçusu Sadio Mane Münhen klubunda forma nömrəsinə qərar verib.

Klubun saytına istinadən, 30 yaşlı oyunçu 17 nömrəli forma ilə çıxış edəcək. Son olaraq bu nömrəli formanı Jerom Boatenq geyinib.

Xatırladaq ki, iyunun 22-də "Bavariya" "Liverpul"dan Maneni transfer etdiyini açıqlayıb.