Məşhur futbolçu karyerasını başa vurdu
Avropa liqaları

Məşhur futbolçu karyerasını başa vurdu

  • 2022-06-20

Serbiyalı futbolçu Aleksandr Kolarov peşəkar karyerasını başa vurub.

Bu barədə müdafiəçi Serbiya mətbuatına özü açıqlama verib. "İnter"in son cinah müdafiəçisi 36 yaşında peşəkar futbolla vidalaşıb.

Aleksandr Kolarov karyerası ərzində "Çukariçki", "Latsio", "Mançester Siti", "Roma" kimi klublarda oynayıb. Təcrübəli futbolçu 2020-ci ilin yayından "İnter"də çıxış edirdi. O, başa çatan mövsümdə Milan təmsilçisinin heyətində 4 matçda meydana çıxıb. Kolarov Serbiya millisinin heyətində 94 oyun keçirib və 11 qol vurub.