"PSJ"ni UEFA-ya şikayət etdilər
- 2022-06-16
La Liqa "PSJ"ni UEFA-ya şikayət edib.
Bu barədə "Reuters" məlumat yayıb. Şikayət klub tərəfindən iddia edilən maliyyə fair-play pozuntuları ilə bağlıdır. Qurum "Parislilər mövcud maliyyə feyr-pley qaydalarını ardıcıl olaraq pozduqları üçün əlavə hüquqi tədbirlər görülməlidir" deyə bildirib. İspaniya liqasının rəsmiləri ötən həftə "PSJ"yə qarşı şikayət etdiklərini qeyd ediblər.
Bundan əvvəl La Liqanın rəhbəri Xavyer Tebas UEFA-ya "Yuventus" və "Mançester Siti"dən də şikayət etmişdi .