Tarixdə ilk dəfə A seriyasına yüksəldilər
Avropa liqaları

Tarixdə ilk dəfə A seriyasına yüksəldilər

  • 2022-05-30

Növbəti mövsüm A seriyasında çıxış edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Bu, "Monza" olub. Komanda B seriyasının pley-off mərhələsinin finalında "Piza"nı məğlub edib - 2:1, 4:3.Nəticədə "Monza" tarixində ilk dəfə A seriyasına yüksəlib.

Qeyd edək ki, daha əvvəl "Leççe" və "Kremonese" A seriyasında oynamaq hüququ qazanıb.