10 qat Fransa çempionu elitanı tərk etdi - Video
- 2022-05-30
Dünən Fransa Liqa 1-də iştirak hüququ uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.
"Sent-Etyen" elitada qalmaq üçün "Oser"lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan "Oser" 5:4 hesabı ilə qalib gələrək növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb. "PSJ" ilə birgə Fransanın ən çox çempion olan (10 dəfə) komandası "Sent Etyen" isə 18 ildən sonra ilk dəfə elitanı tərk edib.
18 ildən sonra ilk dəfə elitanı tərk edən "yaşıllar"ın azarkeşləri meydana axışıb.
Onlar məşqçi və oyunçulara yanan məşəllər, alışqanlar və başqa əşyalar atıblar. Bəzi fanatlar tribunadakı oturacaqları yandırıblar. Futbolçular çətinliklə paltardəyişmə otağına qaça biliblər. Futbolçu və məşqçilər arasında xəsarət alanların olduğu bildirilir.
"Sent Etyen" - "Oser" - 1:1 (penaltilər seriyası - 4:5)
Qollar: Saxi, 51 (0:1), Kamara, 76 (1:1)