"Atletiko" "Mançester Yunayted"lə qarşılaşacaq
Avropa liqaları

"Atletiko" "Mançester Yunayted"lə qarşılaşacaq

  • 2022-05-27

"Atletiko" yayda "Mançester Yunayted"lə qarşılaşacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandalar yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirəcək. Matç iyulun 30-da Oslodakı "Ullevol" stadionunda olacaq. 

Qeyd edək ki, 2021/22 mövsümünün sonunda "Atletiko" La Liqanı 71 xalla 3-cü pillədə başa vurub. "Mançester Yunayted" 58 xalla Premyer Liqada 6-cı olub.