Türkiyə kubokunun sahibi müəyyənləşdi
Avropa liqaları

Türkiyə kubokunun sahibi müəyyənləşdi

  • 2022-05-27

Türkiyə kubokunda 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Final oyununda "Kayserispor"la "Sivasspor" üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün  əlavə vaxta ehtiyat duyulub. Burada daha çox qol vuran "Sivasspor" 3:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə ölkə kubokunun sahibi olub. Komanda növbəti mövsüm Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

26 may
"Kayserispor" – "Sivasspor" - 2:3
Qol: Civelek33Parlak107 – Appidanqoye, 60, Qradel, 95, Konate  113