Benzema ən yaxşı bombardir oldu
Avropa liqaları

Benzema ən yaxşı bombardir oldu

  • 2022-05-23

La Liqada 2021/2022 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Bu, "Real"ın hücumçusu Kərim Benzemadır. 34 yaşlı oyunçu 32 matçda 27 qol vuraraq çempionatın ən yaxşı bombardiri olub. Benzemanın komanda yoldaşı Vinisius Junior (35 matçda 17 qol) 2-ci, "Selta"dan Yaqo Aspas (37 matçda 17 qol) 3-cü olub.

Qeyed edək ki, "Real" bu mövsüm La Liqanın qalibi adına yiyələnib.