Avropa liqaları

"Milan" 11 illik fasilədən sonra çempion oldu - Video

  • 2022-05-23

Dünən İtaliya A seriyasında 2021/2022 mövsümünə yekun vurulub.

Turnirin qalibi son turun matçlarından sonra bilinib.

Turnir cədvəlinin lideri "Milan" 38-ci turda "Sassuolo"nun qonağı olub. "Qırmızı-qaralar" bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə 86 xalla çempion adını qazanıb.

"İnter" isə son turda "Sampdoriya"nı 3 cavabsız qolla məğlub edib və 84 xalla mövsmü 2-ci pillədə başa vurub.

Beləliklə, "Milan" 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010-2011 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, "Milan"ın ümumilikdə 19-cu çempionluğudur.