"Roma" Avropa Liqasına vəsiqəni təmin etdi - Video
- 2022-05-21
Dünən İtaliya A Seriyasında sonuncu – 38-ci tura start verilib.
İlk oyun günündə bir qarşılaşma keçirilib. "Roma" səfərdə "Torino"nu məğlub edib. Joze Mourinyonun baş məşqçisi olduğu komanda xallarının sayını 63-ə çatdıraraq 6-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ən yaxın izləyicisi "Fiorentina" isə 59 xalla 7-cidir. Bu da o deməkdir ki, "Roma" Avropa Liqasına vəsiqəni təmin edib.
Qeyd edək ki, "Torino" hazırda turnir cədvəlində 50 xalla 11-cidir. Sıralamaya aktivində 83 xalı olan "Milan" liderlik edir.
"Torino" – "Roma" - 0:3
Qollar: T.Abraham, 33, 43 pen, L.Pelleqrini, 78 pen.