Pioli ən yaxşı seçildi
Avropa liqaları

Pioli ən yaxşı seçildi

  • 2022-05-20

İtaliya A seriyasında may ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. 

Qurumun rəsmi saytına istinadən, ötən ayın ən yaxşısı "Milan"ın çalışdırıcısı Stefano Pioli olub. 56 yaşlı mütəxəssisin komandası may ayında çıxdığı 3 matçın hər birində qələbə qazanıb. "Milan" "Atalanta"ya (2:0), "Verona"ya (3:1) və "Fiorentina"ya (1:0) qalib gəlib. 

Qeyd edək ki, "Milan" sona 1 tur qalmış hazırda A seriyasında 83 xalla liderdir.