Messi və Poçettino arasında gərgin münasibət
Avropa liqaları

Messi və Poçettino arasında gərgin münasibət

  • 2022-05-19

"PSJ"nin hücumçusu Lionel Messi ilə baş məşqçi Maurisio Poçettino arasında gərgin münasibətlər var.

"L'Équipe"yə istinadən, argentinalı hücumçu mütəxəssisin işinə heyran deyil. O, yeni baş məşqçinin gəlişini gözləyir və gələcək perspektivlərini dəyərləndirir.

Lionel Messi "Barselona"dan kənarda da uğur qazana biləcəyini sübut etmək istəyir. Bununla belə, 34 yaşlı hücumçu bunun üçün Maurisio Poçettinonun klubu tərk etməli olduğunu düşünür. Ona görə də Messi ilə Poçettino arasında münasibətlər getdikcə soyuqlaşır və gərginləşir.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında azad agent kimi "PSJ"yə keçmişdi. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.