Məşhur futbolçu karyerasını başa vurur
Avropa liqaları

Məşhur futbolçu karyerasını başa vurur

  • 2022-05-18

"Liverpul"un sabiq futbolçusu Martin Şkrtel karyerasını başa vurmaq qərarına gəlib.

O, bu barədə hazırda çıxış etdiyi "Spartak"ın (Slovakiya) mətbuat xidmətinə açıqlamasında bildirib.

37 yaşlı futbolçu mayın 21-də yerli çempionatdakı oyunun onun üçün sonuncu olacağını deyib.

Qeyd edək ki, Slovakiya millisinin sabiq futbolçusu Rusiyanın "Zenit", Türkiyənin "Fənərbağça" və "Başakşehir" klublarında da çıxış edib.