Bundesliqada mövsümün ən yaxşı oyunçusu
Avropa liqaları

Bundesliqada mövsümün ən yaxşı oyunçusu

  • 2022-05-17

Bundesliqda bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Turnirin saytına istinadən, bu, "Leyptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkudur. Fransız futbolçu mükafatı azarkeşlərin, klubların və ekspertlərin birgə qərarı ilə alıb.

24 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə Bundesliqada 34 oyuna çıxıb, 20 qol vurub, 15 qolun ötürməsini verib.