Dibala göz yaşlarını saxlaya bilmədi
- 2022-05-17
"Yuventus"un futbolçusu Paulo Dibala komandada sonuncu oyununu keçirib.
Forvard A seriyasının 37-ci turunda "Latsio" ilə matçından (2:2) əvvəl görüşün onun üçün son olduğunu bildirib. Meydana start heyətdə çıxan 28 yaşlı hücumçu azarkeşlərin alqış sədaları altında 78-ci dəqiqədə əvəzlənib. Dibala oyundan sonra göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları isə argentinalı oyunçuya dəstək olub, onu bir neçə dəfə qucaqlayıb havaya atıblar.
Qeyd edək ki, Dibala 2015-ci ildən Turin təmsilçisinin formasını geyinirdi.