A Seriyasını tərk edən ikinci komanda
Avropa liqaları

A Seriyasını tərk edən ikinci komanda

  • 2022-05-16

İtaliya A Seriyasını tərk edən ikinci komanda da müəyyənləşib.

37-ci turda "Napoli"yə 0:3 hesabı ilə uduzan "Cenoa" bu mövsüm B seriyasına düşən ikinci komanda olub. Daha əvvəl "Venetsiya" da yüksək liqanı tərk etmişdi.

Yeni mövsümdə A Seriyasında oynamaq hüququnu itirəcək üçüncü iştirakçı isə son turda bilinəcək. Bu, ya "Salernitana", ya da "Kalyari" olacaq.