Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar
Avropa liqaları

Azərbaycanı avrokuboklarda təmsil edəcək klublar

  • 2022-05-16

Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib.

"Sabah"ın "Sumqayıt"la 2:2 hesablı heç-heçə etməsi "Zirə" və "Qəbələ"nin Konfrans Liqasına vəsiqəsini təmin edib. 27-ci turda "Neftçi"yə 1:0 hesabı ilə qalib gələn "Zirə" hazırda 46 xalla 3-cü, "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" 44 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar yarışın bitməsinə bir tur qalmış ən yaxın izləyicisi "Sabah" (40 xal) üçün əlçatmaz olublar. Son turda 3-cü yerin sahibi dəqiqləşəcək.

Qeyd edək ki, bundan əvvəl çempion "Qarabağ"ın Çempionlar Liqasında, 2-ci "Neftçi"nin Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.