"PSJ"dən səfərdə darmadağın
Avropa liqaları

"PSJ"dən səfərdə darmadağın

  • 2022-05-15

"PSJ" Liqa 1-də növbəti matçına çıxıb. 

Artıq çempionluğu rəsmiləşdirmiş komanda 37-ci turda səfərdə "Monpelye" ilə qarşılaşıb. "PSJ" rəqibini 4:0 hesabı ilə darmadağın edib. 

Lionel Messi 6 və 20-ci dəqiqələrdə fərqlənərək dubl edib. Anhel di Mariya 26-cı dəqiqədə fərqi bir qədər də artırıb. Kilian Mbappe isə 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, "PSJ" hazırda turnir cədvəlində 83 xalla 1-ci, "Monpelye" isə 43  xalla 13-cüdür.