"PSJ" əsas qapıçısı ilə bağlı qərar verdi
- 2022-05-14
"PSJ" növbəti mövsüm üçün əsas qapıçı ilə bağlı qərar verib.
"L'Équipe" nəşrinə istinadən, Paris təmsilçisinin rəhbərliyi birinci qolkiperin Canluici Donnarumma olacağına qərar verib və bununla da onun Keylor Navas ilə rəqabətinə son qoyub.
Qeyd edək ki, Donnaruma Fransa Liqa 1-də 16 oyundan 4-də qapısını toxunulmaz saxlayıb. Navas isə 20 oyundan 8-də qapısından qol buraxmayıb.