21-ci əsrdə ən çox het-trik edənlər - "TOP-10"
Avropa liqaları

21-ci əsrdə ən çox het-trik edənlər - "TOP-10"

  • 2022-05-14

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb.

Qurumun saytına istinadən, "TOP-10"a "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo başçılıq edir. 37 yaşlı hücumçu 60 dəfə het-trik edib. 

"PSJ"dən Lionel Messi 2-ci, "İqlz"dan Əli Aşfaq isə 3-cüdür. 

21-ci əsrdə het-trik edən futbolçular

1. Kriştiano Ronaldo (Portuqaliya, "Mançester Yunayted") - 60
2. Lionel Messi (Argentina, "PSJ") - 55
3. Əli Aşfaq (Maldiv adaları, Maldiv adaları) - 35
4. Robert Levandovski (Polşa, "Bavariya") - 30
5. Luis Suares (Uruqvay, "Atletiko") - 29
6. Əli Mabxut (Birləşmiş Ərəb Əmirlikləri, "Əl-Cəzirə") - 25
7. Aleksander Dyuriç (Sinqapur millisinin keçmiş üzvü) - 22
8. Neymar (Braziliya, "PSJ") - 21
9. Zlatan İbrahimoviç (İsveç, "Milan") - 20
10. Firas Əl-Xətib (Suriya millisinin keçmiş üzvü) - 20