Salah zədələndi
Avropa liqaları

Salah zədələndi

  • 2022-05-14

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə kubokunun finalında "Çelsi" ilə matçda zədələnib.

Sağ ayağından problem yaşayan misirli hücumçu 33-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Onu, Dioqo Jota əvəzləyib.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının finalında mayın 28-i "Real"la qarşılaşacaq.