La Liqanı tərk edəcək ilk klub bilindi
- 2022-05-13
Yeni mövsümdən İspaniya La Liqasında iştirak hüququnu itirən ilk klub müəyyənləşib.
Bu, "Levante"dir. Valensiya təmsilçisinin 36-cı turda səfərdə "Real"a 0:6 hesabı ilə uduzmasından sonra elitanı tərk edəcəyi dəqiqləşib.
"Levante" mövsümün sonuna 2 tur qalmış 29 xalla sonuncu - 20-ci yerdədir. Komanda yeni mövsümdə səviyyəcə 2-ci liqa olan Sequndada çıxış edəcək.