Türkiyə kubokunda 2-ci finalçı müəyyənləşdi
Avropa liqaları

Türkiyə kubokunda 2-ci finalçı müəyyənləşdi

  • 2022-05-12

Türkiyə kubokunda ikinci finalçı da müəyyənləşib.

Yarımfinal mərhələsinin cavab oyununda evdə "Alanyaspor"la 1:1 hesablı heç-heçə edən "Sivasspor" finala vəsiqə qazanıb.

"Sivasspor" - "Alanyaspor" - 1:1

Qollar: Famara, 78 (0:1), Hakan, 88 (1:1)

Alanyadakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi iki görüşün nəticəsinə (3:2) əsasən adını finala yazdırıb.

"Sivasspor" mayın 26-da keçiriləcək həlledici matçda "Kayserispor"la qarşılaşacaq.