"Ayaks"dan 36-cı çempionluq
- 2022-05-12
Niderland Erediviziyasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
33-cü turda evdə "Herenven"i 5:0 hesabı ilə məğlub edən "Ayaks" son 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. Xallarını 82-ə çatdıran "Ayaks" ən yaxın izləyicisi "PSV" (78 xal) üçün əlçatmaz olub.
Bu, Amsterdam təmsilçisinin ümumilikdə 36-cı çempionluğudur.