"Barselona"nın futbolçusu xəstəxanaya yerləşdirildi
Avropa liqaları

"Barselona"nın futbolçusu xəstəxanaya yerləşdirildi

  • 2022-05-11

"Barselona"nın futbolçusu Ronald Arauxo ağır zədələnib.

O, La Liqanın 36-cı turunun "Selta" ilə oyunun (3:1) ikinci yarısında sıradan çıxıb. Arauxo 62-ci dəqiqədə komanda yoldaşı Qavi ilə toqquşub. Uruqvaylı müdafiəçi bir neçə addım atıb və bundan sonra qazona yıxılaraq huşunu itirib. Ronald təxminən 5 dəqiqə sonra meydandan təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Futbolçunun üzündə oksigen maskası olub.

Arauxonu Kleman Lanqle əvəzləyib.