Türkiyə kubokunda ilk finalçı müəyyənləşdi
Avropa liqaları

Türkiyə kubokunda ilk finalçı müəyyənləşdi

  • 2022-05-11

Türkiyə kubokunda ilk finalçı müəyyənləşib.

Bu "Kayserispor"dur. Komanda yarımfinalın cavab oyununda "Trabzonspor"la qarşılaşıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan "Kayserispor" 2-ci matçda 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

"Kayserispor" - "Trabzonspor" - 4:2
Qollar: 
Nvakaeme, 3-pen (0:1), Bassan, 48 (1:1), Hosseini, 59 (2:1), Bakasetas, 82 (2:2), Thiam, 90+1 (3:2), Bassan, 90+6 (4:2)

Qeyd edək ki, "Kayserispor" həlledici oyunda "Sivasspor" - "Alanyaspor" cütlüyünün qalibi ilə qarşılaşacaq.