"Benzema və Modriç yorulub"
Avropa liqaları

"Benzema və Modriç yorulub"

  • 2022-05-10

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 35-ci turunda "Atletiko" ilə matçda (0:1) komandanın futbolçuları Kərim Benzema və Luka Modriçin start heyətdə yer almamasının səbəbini izah edib.

Fransalı hücumu sözügedən görüşdə sonadək ehtiyatda qalıb, xorvatiyalı yarımmüdafiəçi isə görüşün 68-ci dəqiqəsində meydana daxil olub.

Ançelotti "L'Equipe"yə açıqlamasında deyib: "Mövsümün qalan hissəsi üçün tapşırıq aydındır. Qalan matçlar Çempionlar Liqasının finalı öncəsi oyun səviyyəsini qoruyub saxlamağa imkan verəcək. Benzema yorğundur. Onun "Atletiko" ilə matçda özünü bərpa etməyə vaxtı yox idi. İndi əsas vəzifə zədələrdən qaçmaqdır. Əgər futbolçu yorğundursa, ondan istifadə etməyəcəyəm. Luka Modriç də yorulub. Buna görə də risk etmədim və onlara əsas heyətdə yer vermədim".

Qeyd edək ki, "Real" La Liqada çempionluğu rəsmiləşdirib. Komanda Çempionlar Liqasının finalında mayın 28-i "Liverpul"la qarşılaşacaq.