Madrid derbisində qalib "Atletiko" oldu
Avropa liqaları

Madrid derbisində qalib "Atletiko" oldu

  • 2022-05-09

La Liqanın 36-cı turunda Madrid derbisi keçirilib.

"Atletiko" çempionluğu təmin edən "Real"ı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko" - "Real" - 1:0
Qol:
 Karrasko, 40-pen

Bu qələbədən sonra xalını 64-ə yüksəldən "Atletiko" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Çempion "Real"ın 81 xalı var. "Barselona" 69 xalla 2-ci, "Sevilya" 65 xalla 3-cüdür.