"Şalke" yenidən Bundesliqada
Avropa liqaları

"Şalke" yenidən Bundesliqada

  • 2022-05-08

Almaniyanın ikinci Bundesliqasında mövsümün çempionunun adına aydınlıq gəlib.

Yarışın qalibi "Şalke" olub. Komanda buna 33-cü turda "Sankt Pauli"yə qalib gəlməklə (3:2) imza atıb. "Şalke" bununla da sona 1 tur qalmış xallarının sayını 62-yə çatdırıb və ən yaxın izləyicisi "Hamburq"u 5 xal qabaqlayıb.

Beləliklə, "Şalke" növbəti mövsüm Bundesliqada oynayacaq.

Qeyd edək ki, "Şalke" ötən mövsüm Bundesliqadan aşağı liqaya yuvarlanmışdı.