A seriyasına yüksəldilər
Avropa liqaları

A seriyasına yüksəldilər

  • 2022-05-07

Növbəti mövsüm İtaliya A seriyasında çıxış edəcək 2 klubun adına aydınlıq gəlib.

Bunlar "Leççe" və "Kremonese" olublar. B Seriyasında mövsümünün nəticələrinə görə, "Leççe" 71 xalla birinci, "Kremoneze" 69 xalla ikinci yeri tutub. Nəticədə komandalar yüksək diviziona birbaşa vəsiqə qazanıblar.

A seriyasında çıxış edəcək daha bir komandanın adına pley-offdan sonra aydınlıq gələcək. 

Qeyd edək ki, "Leççe" sonuncu dəfə A Seriyasında 2019/20 mövsümündə, "Kremonese" isə 1995/96 mövsümündə çıxış edib.