Superliqa ilə vidalaşdılar
- 2022-05-07
Türkiyə Superliqası ilə vidalaşaraq növbəti mövsümdən 1-ci liqada çıxış edəcək son klubların adına aydınlıq gəlib.
Bunlar "Altay" və "Çaykur Rizəspor" olublar. Çempionatın 36-cı turunda "Qaziantep" "Kayserispor"la heç-heçə edib. "Qaziantep" xallarının sayını 43-ə çatdırıb və hazırda 16-cı pillədə qərarlaşır. Bununla da qarşıda 3 matçı qalan və 33 xalı olan "Altay"və "Çaykur Rizəspor" Superliqada qalmaq üçün bütün şanslarını itiriblər.
Daha əvvəl "Göztəpə" və "Yeni Malatyaspor"un 1-ci liqaya yuvarlandığı məlum olmuşdu.