Avropa liqaları

"Yuventus" autsayderə uduzdu - Video

  • 2022-05-07

"Yuventus" İtaliya A seriyasında növbəti matçına çıxıb. 

Turin təmsilçisi 36-cı turda səfərdə "Cenoa" ilə qarşılaşıb. Əvvəlcə "Yuventus" 1:0 hesabı ilə öndə olsa da, "Cenoa" 87 və 90+6-cı dəqiqədə vurduğu qollarla oyunda geridönüş edib. Nəticədə "Yuventus" rəqibinə gözlənilmədən 1:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, "Yuventus" turnir cədvəlində 69 xalla 4-cü, "Cenoa" isə 28 xalla 19-cudur. 

A seriyası, 36-cı tur

"Cenoa" - "Yuventus" - 2:1

Qollar: Qudmundsson, 87, Kriskito, 90+6 - Dibala, 48

Baş hakim: Simeone Sozza (İtaliya)