Avropa liqaları

"İnter"dən geridönüş - Video

  • 2022-05-07

İtaliya A seriyasında 36-cı turun oyunları keçirilir.

Dünən "İnter" öz meydanında "Bolonya" ilə qarşılaşıb. Qonaqlar hesabda 2:0 önə keçsələr də, Milan təmsilçisi əzmkar qələbə qazanmağı bacarıb.

"İnter" - "Bolonya" - 4:2

Qollar: Pinamonti, 5 (0:1), Asllani, 28 (0:2), Ronayolli, 40-avtoqol (1:2), Martinez, 45 (2:2), 64 (3:2), Sançez, 90+4 (4:2)

Bu nəticədən sonra "İnter" xallarını 78-ə çatdıraraq liderliyə yüksəlib. Bir oyun az keçirən "Milan" 77 xalla 2-ci, "Napoli" 70 xalla 3-cüdür. "Bolonya" isə 43 xalla 13-cüdür.