"Barselona"da ciddi itki
Avropa liqaları

"Barselona"da ciddi itki

  • 2022-05-06

"Barselona"nın müdafiəçisi Jerar Pike La Liqanın 35-ci turunda "Betis"lə matçı buraxacaq.

Klubun saytına istinadən, buna səbəb onun zədəli olmasıdır. Ötən tur "Malyorka" ilə görüşdə zədələnən 35 yaşlı oyunçu hələ də sağalmayıb.

Xatırladaq ki, Pike bu mövsüm La Liqada 27 oyuna çıxıb və 1 qol vurub.

Qeyd edək ki, "Betis" - "Barselona" görüşü mayın 7-i keçiriləcək.