Messi Ronaldo ilə eyni komandada oynamaq istəmir
Avropa liqaları

Messi Ronaldo ilə eyni komandada oynamaq istəmir

  • 2022-05-05

"PSJ"nin futbolçusu Lionel Messi "Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldo ilə eyni komandada oynamaq istəmir. 

Bu brədə "El Nacional" məlumat yayıb. Ronaldonun növbəti yay transfer pəncərəsində "qırmızı şeytanlar"dan Paris təmsilçisinə keçəcəyi gözlənilir. Messi isə bu transferin baş tutacağı təqdirdə "PSJ"dən ayrılmağı düşünür. 35 yaşlı hücumçu özünü paytaxt klubunda xoşbəxt hiss etməsə də, rəhbərlik onu satmağa hazır deyil.

"PSJ" Messi istisna olmaqla, digər bütün argentinalı futbolçularla yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Messi ötən ilin avqust ayında "PSJ" ilə, Ronaldo isə "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.