"Qalatasaray" baş məşqçisi ilə yolları ayırır
- 2022-05-05
"Qalatasaray" baş məşqçisi Domenek Torreni istefaya göndərəcək.
Bu haqda məlumatı "Hürriyet" yayıb. Hazırda tərəflər arasında təzminat məsələsi müzakirə olunduğu qeyd olunub. İstanbul təmsilçisinin həftə ərzində bu ayrılığı açıqlayacağı bildirilib
Qeyd edək ki, Domenek Torren "Qalatasaray"ı bu ilin yanvarından çalışdırır. Onun komandası hazırda 47 xalla 13-cü pillədə qərarlaşıb.